“Sənətdə keçən ömür” filmi beynəlxalq festivalda mükafat qazanmışdır
Bakı, 18 may (AZƏRTAC). Ukraynada “Birgə qalib gəlmişik” adlı VII Beynəlxalq teleradio festivalı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, festivala 17 ölkədən İkinci Dünya müharibəsi mövzusunda lentə alınan 128 film təqdim olunmuşdur. Festivalda Azərbaycanı “Space” teleradio şirkətinin istehsalı olan “Sənətdə keçən ömür” sənədli ekran əsəri təmsil etmişdir.
Dörd gün davam edən festival çərçivəsində nümayiş olunan filmlər müzakirə edilmiş, tanışlıq və maarifləndirici xarakterli müxtəlif seminarlar keçirilmiş, eyni zamanda, qarşılıqlı əməkdaşlıqla bağlı söhbətlər aparılmışdır.
Əsasən müharibə mövzusunda dəyərli sənət əsərləri yaradan Azərbaycanın Xalq Rəssamı Vidadi Nərimanbəyovun yaradıcılığına həsr olunan “Sənətdə keçən ömür” filmi “Vətən. Şərəf. Borc” nominasiyasında birinci dərəcəli mükafata layiq görülmüşdür.
Mükafat “Space” TV-nin mədəniyyət və elmi-kütləvi layihələrin yaradıcı heyətinin rəhbəri, “Sənətdə keçən ömür” filminin rejissoru İman Məcidova təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]