“Sənətkarın dostu” layihəsi davam edir
Bakı, 3 mart, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində martın 5-də Xalq artisti Zabit Nəbizadə ilə görüş keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Qax Mədəniyyət Mərkəzində reallaşacaq tədbirdə müxtəlif muğam kompozisiyaları təqdim olunacaq.
Görüşdə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparılacaq.
Qeyd edək ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən, həmçinin Şəkidə kitabxanaların əməkdaşları üçün təlimə start veriləcək. Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəki şəhəri və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşları üçün təşkil olunacaq təlim, kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi, rəqəmsal resurslardan istifadə biliklərinin artırılmasına xidmət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]