“Sent-Etyen”–“Qəbələ” oyununu türkiyəli hakimlər briqadası idarə edəcək
Bakı, 17 oktyabr, AZƏRTAC
“Qəbələ” futbol klubunun Avropa Liqasında “Sent-Etyen”lə səfər matçının hakimləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, UEFA qrup mərhələsi çərçivəsində üçüncü tur qarşılaşmasını türkiyəli hakimlər briqadasına həvalə edib.
“Joffrua Qişar” stadionunda keçiriləcək görüşdə Ali Palabıyık baş hakim olacaq. Ona Cem Satman və Əkrəm Kan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ceyhun Sesigüzel yerinə yetirəcək.
Matçın əlavə köməkçi hakimləri Alper Ulusoy və Volkan Bayarslan olacaq. Hakimlərin işinə macarıstanlı hakim-inspektor Laslo Vaqner qiymət verəcək. UEFA nümayəndəsi kimi isə israilli Yakob Erel iş başında olacaq.
Qeyd edək ki, “Sent-Etyen”-“Qəbələ” oyunu oktyabrın 20-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]