Sentyabrda İran 20 milyon doza peyvənd istehsal edəcək
Tehran, 4 iyun, AZƏRTAC
İyulda 3 milyon, avqustda 12, sentyabrda isə 20 milyon doza “Cov İran Barakat” peyvəndi istehsal edilib İranın Səhiyyə Nazirliyinə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İmam Xomeyninin Vəsiyyətlərinin İcrası Təşkilatının sədri Muhəmməd Mühbir jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda İranda iki müəssisə peyvənd istehsalı ilə məşğul olur. Peyvəndlər insanlara pulsuz vurulacaq. İranda sentyabr ayında peyvənd problemi tamamilə həll olunacaq.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə son 24 saat ərzində İranda 9 min 209 nəfər koronavirusa yoluxub, 155 nəfər isə yoluxaraq ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 2 milyon 954 min 309 nəfər, ölənlərin sayı isə 80 min 813-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 2 milyon 522 min 702 nəfər isə sağalaraq evə buraxılıb.
İranda yoluxma və ölüm hallarında azalma müşahidə edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]