SEOLİT YATAQLARI SAHİBİNİ GÖZLƏYİR
Bu məhsulun bioloji aktiv əlavə kimi quş və mal-qara yeminə qatılması da təcrübədə yoxlanılmış və müsbət nəticələr vermiş, ötən əsrin 70-80-ci illərində Rusiyaya, Qırğızıstan və Türkmənistana da ixrac olunurdu.
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı yerli xammal ehtiyatlarından səmərəli istifadə barədə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi bu gün zəngin ehtiyata malik seolitin çıxarılmasına zəruri edir. Mütəxəssislərin fikrincə, əvvəllər hasil olunan təbii qazın qurudulması, onun tərkibindəki kükürdün çıxardılması və təbii qazın beynəlxalq standartlara çatdırılmasında da seolitdən geniş istifadə edilmişdir.
“Şahdəniz” layihəsinin həyata keçirilməsi gələcəkdə təbii qazın nəqlinə hazırlıq prosesində seolitdən geniş miqyasda istifadəsinin aktuallığını daha da artırır. Mühüm iqtisadi əhəmiyyəti olan, ölkəmizə külli miqdarda gəlir verə biləcək bu məsələyə əlaqədar təşkilatlar biganə qalmamalıdırlar.