Serbiyada aşan vaqonlardan ammonyak sızması nəticəsində azı 51 nəfər zəhərlənib
Belqrad, 26 dekabr, AZƏRTAC
Serbiyanın cənub-şərqində Niş-Dimitrovqrad dəmir yolu xəttinin Pirot-Staniçenye hissəsində aşan vaqonlardan ammonyak sızması nəticəsində azı 51 nəfər zəhərlənib.
AZƏRTAC xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bölgə əhalisinə evlərini tərk etməmək barədə xəbərdarlıq edilib.
Hazırda ərazidə təhlükəsizlik qüvvələri və xilasedicilər tərəfindən lazımi tədbirlər görülür.
Pirot şəhərinin meri Vladan Vasiç qəzadan sonra bölgədə fövqəladə vəziyyət elan olunduğunu bildirib. Həmçinin bu gün məktəblərdə tədris dayandırılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:51]
Rusiya Ermənistana etiraz notası göndərib
- 18.06.2026 [17:42]
Norveç dünyada ilk gəmi tunelini tikir
- 18.06.2026 [17:02]
Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir
- 18.06.2026 [16:36]
Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]