“Şeremetyevo” aeroportunun sahibi aviareyslərin iki ssenari üzrə bərpa edilə biləcəyini deyib
Moskva, 8 aprel, AZƏRTAC
Moskvadakı A.S.Puşkin adına “Şeremetyevo” Beynəlxalq Aeroportunun sahiblərindən biri Aleksandr Ponomarenko Rusiyada beynəlxalq aviareyslərin nə vaxt bərpa olunacağı barədə fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, “Forbes” jurnalına müsahibəsində A.Ponomarenko hadisələrin iki ssenari üzrə inkişaf edə biləcəyini söyləyib. Birinci, nikbin ssenariyə görə, beynəlxalq reyslər artıq iyul ayında yerinə yetirilməyə başlayaraq ilin sonuna kimi mütəmadi şəkildə bərpa edilə bilər.
İkinci, bədbin ssenari isə beynəlxalq aviareyslərin gələn ilin ortalarında bərpa ediləcəyini nəzərdə tutur. A.Ponomarenko bu halda aeroportun heyətinin ixtisar olunacağını istisna etməyib. O deyib ki, hazırda hava limanının 6 terminalından 3-ü bağlanıb.
Qeyd edək ki, “Şeremetyevo” Rusiyanın ən irihəcmli sərnişin axını olan aeroportudur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]