SƏRNİŞİN HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Bərdə rayon sakini Zeynal Ələkbərovun idarə etdiyi “Mersedes” markalı avtomaşının su kanalına düşməsi nəticəsində sərnişin, Goranboy rayon sakini Ələkbər Ələkbərov hadisə yerində ölmüşdür.
Faktla bağlı araşdırma aparılır.