Şərq - Qərb beynəlxalq avtomobil magistralının Gürcüstandan keçən hissəsi təmir olunur
Tbilisi, 19 iyul, AZƏRTAC
Şərq-Qərb beynəlxalq avtomobil magistralının Gürcüstandan keçən hissəsi bu gecədən bir istiqamətdə bağlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
Departamentin məlumatında deyilir ki, 10 gün müddətinə Tbilisi-Senaki-Leselidze avtomobil yolunun Araqvi çayı körpüsü üzərindən keçən hissəsi gecə bir istiqamətdə qismən bağlanacaq.
Qurum beynəlxalq avtomobil daşıyıcılarından bunu nəzərə almağı xahiş edir.
Yolda hərəkətin məhdudlaşdırılmasına səbəb körpünün zədəli plitəsinin dəyişdirilməsidir. İlk 10 gün ərzində qərbdən şərqə hərəkət saat 23:00-dan 07:00-a kimi yalnız bir zolaqda həyata keçiriləcək, qalan vaxtlarda isə nəqliyyatın hərəkəti iki zolaq üzrə davam etdiriləcək.
1973-cü ildə istismara verilmiş körpünün hərəkət hissəsində vaxtaşırı təmir işləri nəqliyyatın hərəkətinə çətinliklər yaradır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]