“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti nömrəsi çap olunub
Bakı, 25 iyun, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Şərq fəlsəfəsi problemləri” beynəlxalq elmi-nəzəri jurnalının növbəti nömrəsi çap edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalda professor İlham Məmmədzadənin “Fəlsəfə ədəbiyyat haqqında: qarşılıqlı əlaqə metodoloji yanaşma kimi”, Əli Abasov və Mahrux Nəcəflinin “Şərq və Qərb fəlsəfi ideyalarının inteqrasiyası”, Əbülhəsən Abbasovun “Müasir fəlsəfənin missiyası və epistemoloji meqabilik kimi statusu”, Lala Mövsümovanın “M.Şahtaxtinskinin (1846-1931) yaradıcılığında bərabərlik problemi”, Jauhar Dabqanovanın “Yəhudi diasporası və Qazaxıstanda yəhudi dini icmaların inkişafı” adlı məqalələri yer alıb. Jurnalda, həmçinin Rafail Əhmədlinin “Azərbaycanda mili şüurun formalaşmasında Seyid Əzim Şirvaninin fəlsəfi ideyalarının rolu”, Elnur Mustafayevin “Qloballaşma dövründə dinlərarasi dialoqun əhəmiyyəti və perspektivləri”, Zöhrə Əliyevanın “M.F.Axundzadənin əsərlərində dini məsələlər” başlıqlı məqalələri təqdim olunub. Oxucular yeni nömrədə Rövşən Hacıyevin “Orta əsrlər Qərb və Şərq fəlsəfi idrakinda insan problemi”, Faiq Ələkbərlinin “Seyid Hüseynin türkçülük və milli maarifçilik görüşləri”, Ələddin Məlikovun “Din və əxlaq münasibətlərindəki nəzəriyyələr” və Şölət Zeynalovla Nərgiz Zeynallının “Regional geopolitik böhran kontekstində yeni realliqlar və dialoq problemi” sərlövhəli məqalələri ilə tanış ola bilərlər.