ELM VƏ TƏHSİL
Şərqşünaslıq fakültəsinin tələbəsi beynəlxalq yarışda qalib gəlib
Bakı, 8 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Koreya üzrə regionşünaslıq ixtisasının III kurs tələbəsi Zərbəyim Həsənova Koreyanın "Chung Ang" Universitetinin təşkilatçılığı ilə keçirilən onlayn yazı müsabiqəsində qalib gəlib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, hər il Koreya, Çin, Mərkəzi Asiya və Avropa regionları üzrə keçirilən yarışda Z.Həsənova “İnsanlararası münasibət” mövzusu ilə Avropa regionunda ölkəmizi təmsil edib. Yarışın nəticələrinə əsasən Z.Həsənova Avropa regionu üzrə II yerə layiq görülüb. Regionlar üzrə yer tutan iştirakçılar avqust ayında dünya miqyasında final yarışında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:01]
Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa
- 08.05.2024 [18:33]