Şərur rayonunda yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirləri görülür
Şərur, 5 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının dezinfeksiya qrupu, Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin əməkdaşları, rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq İdarəsinin şəxsi heyəti tərəfindən avtomobil yolları və səkilər olmaqla, ümumilikdə, 26 min kvadratmetr sahə dezinfeksiya edilib.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rayonun Yengicə, Alışar, Muğanlı, Qorçulu, Kürkənd, Kürçülü, Axaməd və Kərimbəyli kəndlərində inzibati ərazi dairəliyi üzrə nümayəndəliklər, məktəblər, kənd və xidmət mərkəzləri də dezinfeksiya olunub.