SES-İN YUBİLEYİNƏ KEÇMİŞ HƏRBİ ƏSİRLƏR DƏ DƏVƏT OLUNACAQLAR
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən əsrin 40-50-ci illərində Mingəçevir SES-in tikintisində işləmiş alman əsirlər elektrik stansiyasının 50 illiyi ilə bağlı təntənələrə dəvət olunacaqlar. Lakin müəssisə rəhbərliyi dəvətin qəbul ediləcəyinə tam əmin deyildir. Belə ki, Almaniyada fəaliyyət göstərən keçmiş əsirlər birliyi və digər qeyri-hökumət təşkilatları buna mane ola bilərlər.
Xatırladaq ki, müharibədə iştirak etdiklərinə görə cəza çəkənlərin Almaniyada yaşayan qohumları onların Mingəçevir SES-in yaxınlığındakı alman qəbiristanlığındakı məzarlarını ziyarət etməyə gəlirlər.
Mingəçevir su anbarı və Mingəçevir SES 1945-ci ildə tikilməyə başlanmış, 1954-ci ildə isə stansiya tam gücü ilə işə düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]