SƏUDİYYƏ ƏRƏBİSTANI AZƏRBAYCAN İDMANÇILARINI BU ÖLKƏDƏ KEÇİRİLƏCƏK SPARTAKİADAYA DƏVƏT ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Əli Həsən Cəfər martın 19-da Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsində olmuş və 2005-ci ilin aprel ayında Səudiyyə Ərəbistanında keçiriləcək İslam ölkələrinin Birinci İdman Oyunları Spartakiadasında iştirak üçün dəvəti təqdim etmişdir. İdman Oyunları Spartakiadası Təşkilat Komitəsinin və Krallığın Milli Olimpiya Komitəsinin dəvətində, idmanın 12 növü üzrə keçiriləcək yarışlarda Azərbaycan idmançılarının iştirakı arzu olunur. Qeyd edilir ki, Azərbaycan idmançılarının bu yarışlarda iştirakı ölkələrimiz arasında idman sahəsində də əlaqələrin genişlənməsinə təkan verəcək və Səudiyyə Ərəbistanı ilə respublikamızın gənclər və idman üzrə əməkdaşlığına dair imzalanmış Sazişin həyata keçirilməsi istiqamətində mühüm addım olacaqdır.
Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]