SƏUDİYYƏ ƏRƏBİSTANI NEFT HASİLATININ ARTIRILMASINDA ÇƏTİNLİK ÇƏKƏ BİLƏR
Hazırda Səudiyyə Ərəbistanında gündə 9,5 milyon barrel neft hasil olunur. Bununla belə, beynəlxalq ekspertlərin fikrincə, ölkə bu göstəricini 12,5 milyon barrelədək artırmalıdır. Lakin S.Hüseyni bildirmişdir ki, Ər-Riyad yataqların ehtiyatı tükəndiyinə, orta və ağır neft hasilatı üçün avadanlıq çatışmadığına görə bu planı nəzərdə tutulan vaxtadək həyata keçirə bilməyəcəkdir. Çünki ağır nefti emal etmək üçün daha mürəkkəb və bahalı avadanlıq gərəkdir.
Beynəlxalq ekspertlərin hesablamalarına görə, dünya birliyinin karbohidrogen xammalına ehtiyacını ödəmək üçün Səudiyyə Ərəbistanına 2030-cu ilədək gündə 18 milyon barrel neft çıxarmaq lazımdır. S.Hüseyninin fikrincə, bu məsələnin həlli mümkündür, lakin onu gerçəkləşdirmək üçün Ər-Riyadı tələsdirmək olmaz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]