Səudiyyə Ərəbistanında 163 zəvvarın ürəyində cərrahiyyə əməliyyatı aparılıb
Ər-Riyad, 1 avqust, AZƏRTAC
Səudiyyə Ərəbistanının Kralı Abdulla adına Tibb şəhərciyində müsəlman təqvimi ilə bu ilin zilqədə ayının əvvəlindən indiyə kimi həcc ziyarəti üçün gələn 163 zəvvarın ürəyində əməliyyat aparılıb.
AZƏRTAC Kral Abdulla adına Tibb şəhərciyinin yaydığı məlumata istinadla xəbər verir ki, bunlardan 3-ü açıq ürək əməliyyatı olub. Qeyd edilib ki, həcc mövsümündə ürək xəstəliyi olan zəvvarlara xidmət göstərilməsi məqsədilə ürək cərrahiyyəsi mərkəzi genişləndirilib və daha çox insana yardım göstərmək imkanı qazanıb. Tibb müəssisəsinin fəaliyyəti xəstə zəvvarlara müasir müalicə sistemləri və yüksək kvalifikasiyalı tibb personalı vasitəsilə ən yaxşı xidmət göstərməyə yönəlib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]