Səudiyyə Ərəbistanında COVID-19 virusuna yoluxanların sayı artır
Qahirə, 10 iyun, AZƏRTAC
Son sutka ərzində Səudiyyə Ərəbistanında 3288 nəfər COVID-19 virusuna yoluxub. Krallığın Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub ki, indiyədək bu ölkədə yeni növ koronavirusa 108 min 571 insan yoluxub, hazırda 31 min 449 pasiyentin müalicəsi davam etdirilir. Həmçinin 1686 koronavirus xəstəsinin vəziyyəti ağırdır. Bundan başqa, daha 37 yeni ölüm halı qeydə alınıb və bununla da COVID-19 virusu qurbanlarının ümumi sayı 783 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatında virusa yoluxanların 52 faizinin Səudiyyə Ərəbistanı vətəndaşı, 48 faizinin isə əcnəbilər olduğu qeyd olunub. Krallıqda daha 1815 koronavirus xəstəsi müalicə olunub. Sağalanların ümumi sayı isə 76 min 339 nəfərdir. Bu ölkədə indiyədək 997 mindən çox insan testdən keçirilib.
Qeyd edək ki, hazırda Krallıqda gündəlik 2 milyon tibbi maska istehsal edilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]