SƏUDİYYƏ ƏRƏBİSTANINDA GÖRÜŞLƏR
Səudiyyə Ərəbistanının Məliki əlahəzrət Fəhd bin Əbdüləziz Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi nümayəndəsi Novruz Məmmədovu qəbul etmişdir.
Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyindən müxbirimizə bildirmişlər ki, Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin iki dövlət arasındakı əlaqələrə dair məktubunu Səudiyyə Ərəbistanının Məlikinə təqdim etmişdir. Azərbaycan Respublikası Prezidentinin şəxsi nümayəndəsini həmçinin Səudiyyə Ərəbistanı məmləkətinin vəliəhdi, baş nazirin müavini, Milli qvardiyanın rəisi əmir Abdulla bin Əbdüləziz qəbul etmiş və ona Səudiyyə Ərəbistanı Məlikinin Azərbaycan Prezidentini Səudiyyə Ərəbistanına rəsmi səfərə dəvət etməsi barədə məktubunu təqdim etmişdir.
Səfər çərçivəsində Azərbaycan Prezidentinin şəxsi nümayəndəsi Səudiyyə Ərəbistanı baş nazirinin ikinci müavini, müdafiə, aviasiya naziri əmir Sultan bin Əbdüləziz, ticarət naziri, xarici işlər nazirinin birinci müavini ilə görüşlər keçirmişdir. Bu görüşlər zamanı iki dövlət arasında olan əlaqələrin inkişafı barədə fikir mübadiləsi olmuşdur.
Azərbaycan Prezidentinin şəxsi nümayəndəsinin başçılıq etdiyi heyət Səudiyyə Ərəbistanı Məmləkətinin rəhbərliyi tərəfindən böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]