SƏUDİYYƏ ƏRƏBİSTANINDA ÖTƏN İL 86 ÖLÜM HÖKMÜ YERİNƏ YETİRİLMİŞDİR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, dekabrın 31-də Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi şəriət qanunlarına əsasən məhkum olunmuş cinayətkar barədə çıxarılmış ölüm hökmünün yerinə yetirildiyini elan etmişdir. 2005-ci ildə Krallıqda 86 ölüm hökmü icra olunmuşdur. Bu, əvvəlki iki illə müqayisədə xeyli çoxdur. 2004-cü ildə 35 nəfər edam edilmişdi.
Səudiyyə DİN-in məlumatına görə, Sultan bin Fərxan əd-Dücəri qəsdən adam öldürməkdə təqsirli bilinmişdir. O, bilərəkdən avtomobilini dalaşdığı adamın maşınının üstünə sürmüş və nəticədə həmin şəxs həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]