Səudiyyə Ərəbistanındakı neft kompleksinə hücum Çinə də təsirsiz ötüşməyib
Pekin, 18 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumdan sonra birjalarda xam neftin qiymətinin yüksəlməsi Çində yanacağın pərakəndə satış qiymətinin bahalaşmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti 125 yuan (18 ABŞ dolları) artırılıb. Komissiya ölkənin iri neft şirkətlərindən yanacağın satış qiymətlərinin yeni qərara uyğunlaşdırılmasını xahiş edib.
Qeyd edək ki, Çin dünyada ən böyük xam neft alıcılarından biridir. Ötən ay Çinin xam neft idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 42,17 milyon tona çatıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]