“Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfransın iştirakçıları Şamaxıda olmuşlar
Bakı, 12 oktyabr (AZƏRTAC). Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda Bakıda keçirilən V Beynəlxalq konfransın iştirakçıları Şamaxı rayonunda olmuşlar.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etmişlər.
Daha sonra onlar tarix-diyarşünaslıq muzeyinə, 1902-ci ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələ zamanı dağılan və sonradan bərpa edilmiş Cümə məscidinə, zəlzələnin episentrinə düşən əraziyə baş çəkmişlər.
Eyni zamanda, xarici ölkələrin seysmoloqlarına Nəsirəddin Tusi adına Şamaxı Rəsədxanası və orada aparılan işlər haqqında məlumat verilmişdir.
Konfrans iştirakçıları, həmçinin AMEA RSXM-in seysmotelemetrik monitorinq mərkəzi ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]