Siciliyada Etna vulkanının aktivləşməsinə görə onlarla uçuş ləğv edilib
Bakı, 11 iyul, AZƏRTAC
İtaliyanın Siciliya adasındakı Kataniya hava limanında Etna vulkanı səbəbindən onlarla uçuş ləğv edilib və ya təxirə salınıb.
AZƏRTAC “EFE” xəbər agentliyinə istinadla xəbər verir ki, günün sonuna qədər hava limanında fasilələr yaransa da, hələ açıqdır. Bəzi təyyarələr Palermoya yönləndirilib.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu Etna kraterlərindən birində aktivliyin tədricən artdığını təsdiqləyib. Kül sütununun cənub istiqamətində yayıldığı bildirilir.
Etna Siciliyanın şərq sahilində yerləşən stratovulkandır. O, Avropanın ən yüksək aktivliyə malik vulkanıdır. Etnanın maksimum hündürlüyü aralarındakı püskürmələr və çökmələr nəticəsində dəyişir. Vulkan 1190 kvadrat kilometr ərazini əhatə edir və İtaliyanın ən böyük aktiv vulkanı sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]