Silahlı Qüvvələr yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatları ilə təmin ediləcək
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə müdafiə sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədə əsasən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 sentyabr
- 30.09.2026 [10:45]