REGİONLAR
Şimal-qərb bölgəsinə intensiv qar yağır VİDEO
Qax, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 3-də günorta saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinə intensiv qar yağır. Havanın temperaturu xeyli aşağı düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarın intensivliyi Qax və Zaqatala rayonlarında daha çox müşahidə olunur. Dağətəyi kəndlərdə qarın qalınlığı getdikcə artır. Rayon mərkəzlərində də tədricən hər tərəf ağ örpəyə bürünür.
Yağan qar hələlik heç bir problem yaratmayıb. Avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti dayanmayıb.
Qarın yağması bu saatlarda da davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2024 [17:44]
Qubada “İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub FOTO
- 27.05.2024 [16:10]
Laçının 9 sakini sukanal sahəsində işlə təmin olunub
- 27.05.2024 [13:50]