Şimali Makedoniya - Azərbaycan oyununu albaniyalı hakimlər briqadası idarə edəcək
Bakı, 16 noyabr, AZƏRTAC
Futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Enea Yorqyi olacaq. Ona İlir Tartaray və Doyando Miftari kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şimali Makedoniyadan olan Yovan Kaçevski yerinə yetirəcək.
Noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Azərbaycan yığması bu gün Kişineuda Moldova kollektivinin qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]