Şimali Makedoniyada səsvermə fəallığı orta səviyyədədir
Ankara, 5 may, AZƏRTAC
Şimali Makedoniya Respublikasında ikinci tur prezident seçkilərinə keçirilən səsvermədə seçici fəallığı orta səviyyədədir.
AZƏRTAC Şimali Makedoniyanın Dövlət Seçki Komissiyasının rəsmi saytına istinadla xəbər verir ki, yerli vaxtla saat 10.00-a (Bakı vaxtı ilə saat 12.00) olan məlumata görə, seçicilərin 6.31 faizi səsvermədə iştirak edib. Əhalinin 1.808.131 nəfəri səsvermə hüququna malikdir. Onların 40 faizi səsvermədə iştirak etdiyi halda seçki baş tutmuş hesab olunacaq və ən çox səs toplayan namizəd prezident statusunu qazanacaq.
Qeyd edək ki, mübarizə Stevo Pendarovski və Gordana Silyanovska arasında aparılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]