Sinqapur 2028-ci ilədək Formula 1-ə ev sahibliyi edəcək
Bakı, 27 yanvar, AZƏRTAC
Formula 1 Sinqapur Qran-Prisinin təşkilatçısı “Singapore GP Ltd” şirkəti və Sinqapurun Turizm Nazirliyi ilə müqavilənin 2028-ci ilədək uzadılmasını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Formula 1-in rəsmi saytında məlumat verilib. Məlumatda qeyd edilib ki, təşkilatçılar növbəti illərdə ekologiyaya xüsusi diqqət yetirəcəklər. Xüsusilə, bu proses zamanı bərpa olunan enerji mənbələrinə və ekoloji cəhətdən təmiz materiallara keçid, eləcə də materialların təkrar emalının həcminin artırılması nəzərdə tutulur.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali “kral yürüşləri”nin Sinqapurda daha 7 il davam edəcəyindən şad olduğunu bildirib. O, qeyd edib ki, Sinqapurun təqvimdə xüsusi yeri var və şəhər yarışının təşkilatçıları ilə müqavilənin yenilənməsi Asiya qitəsində idmanı inkişaf etdirmək üçün uzunmüddətli planın bir hissəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]