Şirvanda mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var VİDEO
Şirvan, 9 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Şirvan şəhəri S.Qurbanov küçəsində qeydə alınıb. Qəza zamanı 10 saylı marşrut xətti üzrə işləyən “Mercedes” markalı mikroavtobus və “Mitsubishi Pajero” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində 9 nəfər xəsarət alaraq Şirvan şəhər xəstəxanasına çatdırılıb. Onlardan 7 nəfəri ambulator yardım göstərilərək evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Həmçinin toqquşma nəticəsində hər iki avtomobil fərdi yaşayış evinin hasarına çırpılıb, qəza zamanı telefon xəttinin dirəyi aşıb, bəzi evlərin telekommunikasiya xəttində fasilələr yaranıb.
Faktla bağlı araşdırma aparılır.