Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Siyasi partiyalar haqqında” yeni Qanun dövrün tələblərinin zərurətidir

“Siyasi partiyalar haqqında” yeni Qanun dövrün tələblərinin zərurətidir

Bakı, 13 yanvar, AZƏRTAC

Bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri , hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsinə münasibət bildirərkən deyib ki, bu, ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür. İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir vaxtda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsini alqışlayıram. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il iyunun 3- də qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti yarandı.

Ç.Qənizadə deyib ki, yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.

Komitə sədri bildirib ki, bu qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl sənəd parlamentin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən layihədə əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq təklif olunan layihə ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə təşkil olunub. Dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişiklik edilib. Ümumilikdə sənədə 110 düzəliş edilib. Daha bir demokratik addım isə Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si layihədə nəzərə alınıb.

Hüquq müdafiəçisi yeni qanunda diqqət çəkən məqamları da xatırladıb. Deyib ki, yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Ç.Qənizadə bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər: “Daha bir demokratik xüsusiyyəti də qeyd etmək istərdim. Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Eyni zamanda, siyasi partiyaların müxtəlif məqsədlərlə təsis edilməsi və fəaliyyəti də qanunda öz əksini tapıb”, - deyə o qeyd edib.

Ç.Qənizadə vurğulayıb ki, əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb