Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi riyakarlar Laçın-Xankəndi yolunda xalqın iradəsini qıra bilməyəcəklər

Siyasi riyakarlar Laçın-Xankəndi yolunda xalqın iradəsini qıra bilməyəcəklər

Bakı, 19 dekabr, AZƏRTAC

Bir neçə gündür ki, Laçın-Xankəndi yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti üzvlərinin etiraz aksiyaları sivil qaydada davam edir. Əksəriyyəti gənclər olan yüzlərlə etirazçının bir tələbi var: Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulsun. Təəssüf edirik ki, nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın qüdrətli dövlətləri 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə biganə yanaşdıqları kimi, işğal olunmuş Azərbaycan ərazilərində təbii sərvətlərin talan edilməsinə, ekoloji terrora da göz yumurlar. Bir tərəfdən Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaqda “canfəşanlıq” edən beynəlxalq qurumlar, digər tərəfdən işğalçı ölkənin qəddarlığına, talançılığına havadarlıq edirlər. Təbii ki, bunun bir adı var: siyasi riyakarlıq. Ancaq bu dəfə daş qayaya rast gəlib. Siyasi riyakarlar Azərbaycana nə qədər təzyiq göstərsələr də, xalqın iradəsini qıra bilməyəcək. Qarabağ iqtisadi rayonundakı təbii sərvətlərimizin talan edilməsinə yol verilməyəcək. Bu sərvətlər xalqımıza məxsusdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, Laçın-Xankəndi yolunda etiraz aksiyalarını davam etdirənlərin məqsədi həmin yolu bağlamaq deyil. Aksiya iştirakçıları olan könüllülər bu yolun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində təbii sərvətlərimizin qeyri-qanuni yollarla istismarına və bu qanunsuzluğa göz yumulmasına etiraz edir, o cümlədən Azərbaycan dövlət qurumları nümayəndələrinin və vətəndaş cəmiyyəti üzvlərinin bununla bağlı monitorinq aparmalarına şərait yaradılmasını tələb edirlər. Neçə gündür davam edən etiraz aksiyalarına münasibət bildirməyən beynəlxalq təşkilatlar öz ərazilərimizdə sərbəst hərəkət etməmizə qarşı problemin qarşısını almaq əvəzinə, bu dəfə də günahı Azərbaycanda axtarmağa çalışırlar. Yenə də ikili standart, yenə də siyasi riyakarlıq.

Siyasi şərhçi bildirib ki, Ermənistan yenə də beynəlxalq təşkilatların siyasi riyakarlığından, hadisələrə birtərəfli yanaşmalarından istifadə edərək, guya, Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizləmə həyata keçirilməsi barədə haray-həşir salıblar . 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan qəbul etdiyi öhdəlikləri hələ də yerinə yetirməyib və hadisələrin gedişi göstərir ki, bu barədə fikri yoxdur. Bəyanatın 7-ci bəndində açıq şəkildə bildirilir ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdırlar. Lakin bu vaxta qədər Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrinin hələ də verilməməsi nəticəsində soydaşlarımızın dədə-baba torpaqlarına qayıtmaları məsələsi öz həllini tapmayıb. Eləcə də 9-cu bənddə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi qeyd edilib. Ancaq indiyədək Ermənistan tərəfi bu bəndə də əməl etməyib. Üstəlik, işğal etdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talançılığını davam etdirir, həmin ərazilərdə müvafiq təşkilatların nümayəndələrinin vəzifələrini icra etməyə - monitorinq aparmalarına şərait yaradılmasına bilərəkdən problem yaradır.

Ə.Bədəlov artıq beynəlxalq təşkilatların da Ermənistanın Laçın-Xankəndi yolundan hərbi məqsədlərlə istifadə etməsindən xəbərdar olduğunu diqqətə çatdırıb. Deyib ki, həm də bəzi ərazilərdə indi də minaların basdırılmasında bu yoldan yararlanırlar. Ermənistanın sabiq prezidentlərinin rəhbərliyi və təşkilatçılığı ilə işğal dövründə törədilən hərbi cinayətlərin acısını bu gün də yaşayırıq. İndi də beynəlxalq aləmdə kriminal iş adamı kimi tanınan Ruben Vardanyanı meydana atıblar. Azərbaycanın faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə məşğul olan “Base metal” zavodunda fəhlələrlə görüşən təxribatçı “dövlət naziri” R.Vardanyan müharibənin hələ davam etdiyini deyib və Qarabağda yaşayan erməniləri Azərbaycana qarşı terror törətməyə çağırıb. Göründüyü kimi, kriminal iş adamı bölgədəki vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ona görə də xalqımıza məxsus olan təbii sərvətlərin talan edilməsinə və ətraf mühitə ciddi ziyan vurulmasına qarşı etiraz aksiyalarının keçirilməsi təbii haldır.

Siyasi şərhçi bildirib ki, burada heç bir yol bağlamaqdan, humanitar yardımların qarşısının alınmasından söhbət gedə bilməz. Beynəlxalq aləmə də yaxşı məlumdur ki, Laçın yolu etirazçı ekoloqlar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Son günlər sülhməramlılara məxsus xeyli yük maşını məhz bu yoldan keçib. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərimizin qanunsuz daşınmasının qarşısını almaq bəzi beynəlxalq təşkilatların uydurması olan mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkətinin dayandırılmasına heç bir aidiyyəti yoxdur.

“Etiraz aksiyaları bizim haqq işimizdir, qanuni hüququmuzdur. Ermənistanın 30 illik işğalına 44 gün ərzində son qoyduğumuz kimi, düşmənin ekoloji fəlakətinin də qarşısını almağa qadirik. Yaxın vaxtlarda bunun da şahidi olacağıq”, - deyə Ə.Bədəlov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO