Siyəzən rayonunun kəndlərində baş verən yanğınlar söndürülüb
Bakı, 18 iyun, AZƏRTAC
Siyəzən rayonunun Məşrif, Sədan, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında (ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) baş verən yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən söndürülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin məlumata əsasən, Məşrif kəndində bələdiyyəyə məxsus ərazidə 20 hektar biçilməmiş, 5 hektar biçilmiş taxıl sahəsi yanıb. Dağlıq ərazidə 45 hektar, digər ərazilərdə isə ümumilikdə, təqribən 10 hektar sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı meşə ərazisi, əkin sahələri və infrastrukturlar yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]