Siyəzəndə yol tikintisinə 8,8 milyon manat ayrılıb - SƏRƏNCAM
Bakı, 9 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev oktyabrın 9-da “Siyəzən rayonunun Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8 milyon manat ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [10:47]
Culfada yaşayış binasında yanğın olub
- 11.06.2026 [08:46]