Skot Bessent: Rusiyaya qarşı sanksiya ilə bağlı variantlar masadadır
Vaşinqton, 1 sentyabr , AZƏRTAC
Rusiyaya qarşı sanksiya ilə bağlı bütün variantlar hazırda masadadır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-ın Xəzinədarlıq katibi Skot Bessent “Fox News”a müsahibəsində deyib. O, Rusiyanın son danışıqlara baxmayaraq, Ukraynanı bombalamağa davam etməsindən sonra Tramp administrasiyasının sanksiyaları nəzərdən keçirdiyini deyib.
“Prezident Putin Ankoricdəki tarixi görüşdən, telefon danışığından, Avropa liderləri və Prezident Zelenskinin Ağ Evdə görüşündən sonra etməli olduğunun əksini etdi və bombalama kampaniyasını artırdı. Ona görə də Prezident Trampla birgə sanksiyalara dair bütün variantlara baxılır və düşünürəm ki, bu həftə onları çox yaxından araşdıracağıq”,- deyə Bessent əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]