Slovakiya Ukraynaya 671 milyon avroluq hərbi yardım göndərib
Bakı, 6 dekabr, AZƏRTAC
Bratislava Kiyevə 671 milyon avro dəyərində hərbi yardım paketi ayırıb.
AZƏRTAC xəbər verir ki, yardım paketinə Slovakiya Hərbi Hava Qüvvələrində silahlanmadan çıxarılan MiQ-29 qırıcı təyyarələrindən ibarət eskadrilya və S-300 hava hücumundan müdafiə sistemi daxildir.
Bundan əlavə, kommersiya müqaviləsi əsasında Ukrayna Silahlı Qüvvələrinə səkkiz ədəd “Zuzana-2” özüyeriyən haubitsa tədarük olunub. Eyni zamanda, 16 ədəd “Zuzana-2” haubitsasının Kiyevə tədarükü üzrə 93 milyon avro dəyərində müqavilə həyata keçirilir. Bunun üçün vəsait Danimarka, Norveç və Almaniya tərəfindən ödənilib.
Qeyd edək ki, “Zuzana-2” haubitsaları Slovakiya Silahlı Qüvvələrinin arsenalına 2021-ci ildən daxil edilib. 155 millimetrlik özüyeriyən artilleriya qurğusunun atəş məsafəsi təxminən 50 kilometrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]