Slovakiyada “Sputnik V” peyvəndinin istifadəsinə icazə verilməyib
Bratislava, 7 aprel, AZƏRTAC
Slovakiya Dərman Vasitələrinə Nəzarət İnstitutu (SUKL) Rusiya istehsalı “Sputnik V” peyvəndinin ölkədə kütləvi istifadəsinə icazə verməyib.
AZƏRTAC xəbər verir ki, institut bu qərarı peyvəndin fayda və risklərinə dair yetərincə məlumatın təqdim olunmaması ilə əsaslandırıb. Keçmiş Baş nazir İqor Matoviçin hakimiyyəti dövründə Slovakiya bu peyvənddən 2 milyon doza sifariş etmiş və 200 min dozadan ibarət ilkin partiya isə mart ayında ölkəyə gətirilmişdi. Baş nazirin koalisiya tərəfdaşları ilə razılaşmadan atdığı bu addım yekun olaraq hökumətdaxili böhrana və İ. Matoviçin vəzifəsindən istefasına aparıb çıxarmışdı.
Slovakiya institutu isə peyvəndə hələ icazə verilməməsini, həmçinin müxtəlif ölkələrdə kliniki araşdırmalarda tətbiq olunmuş peyvənd partiyaları barədə məlumatların istehsalçı tərəfindən təqdim edilməməsi ilə əsaslandırıb. Bildirilib ki, “Sputnik V” peyvəndi Slovakiyada bir neçə testdən uğurla keçsə də, bu, həmin peyvəndin təhlükəsizliyi və effektivliyinə dair yekun fikir söyləməyə imkan vermir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]