Sloveniya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 16 aprel, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Sloveniya parlamentinin Sloveniya-Azərbaycan dostluq qrupunun rəhbəri Bojan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Qonaqlar Şəhidlər xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar.