SOCAR-ın Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib
Bakı, 23 dekabr, AZƏRTAC
SOCAR-ın Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu gün saat 12:30 radələrində Sumqayıtdakı Etilen-polietilen zavodunun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar “Azərikimya” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı mexaniki quraşdırma sahəsinin işçiləri quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.
Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16:00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək.
SOCAR-ın rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]