“SOCAR-Türkiyə” və “Petkim” şirkəti ekoloji layihələrə 210 milyon dollar vəsait ayırmışdır
İstanbul, 11 oktyabr (AZƏRTAC). “SOCAR-Türkiyə AŞ” şirkətinin rəhbəri və “Petkim” Petrokimya Şirkəti İdarə Heyətinin üzvü Kənan Yavuz mətbuat üçün açıqlamasında bildirmişdir ki, onun təmsil etdiyi şirkət son 11 ildə ətraf mühitin qorunması üçün 210 milyon dollar vəsait ayırmışdır. Əsas məqsəd 5 il müddətində Türkiyədə 500 hektar ərazidə meşə sahəsi yaratmaqdır. Sənayeçi olaraq, ekoloji layihələrə daha çox diqqət yetirilməsi şirkət rəhbərliyinin prioritetləri arasındadır.
K.Yavuzun sözlərinə görə, son 2 ildə İzmirin Foça rayonunda 150 hektarlıq ərazidə Heydər Əliyev Dostluq və Orman Parkı salınmış, “Petkim”in əməkdaşları Aliağa rayonunun Yenişakran qəsəbəsində 6 min fidanlıq zeytun bağının da ilk meyvələrini toplamışlar.
“Petkim” şirkətinin eyniadlı yarımadada inşa edəcəyi elektrik stansiyasının 1 milyard dollarlıq dəyərinin də 300 milyon dollarının ətraf mühitin qorunması üçün ən müasir texnologiyaların alınmasına xərclənəcəyini bildirən şirkət rəsmisi vurğulamışdır ki, firma digər şirkətlərlə bu sahədə sağlam rəqabətə girməyə də hazırdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]