SOCAR və “Chevron” dekarbonizasiya, hasilat və nəql məsələlərini müzakirə edib
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib.
Tərəflər, həmçinin şirkətlər arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.