Soçi hava limanında 70-dən çox reys təxirə salınıb
Bakı, 9 iyul, AZƏRTAC
Rusiyanın Soçi Beynəlxalq Hava Limanında 70-dən çox aviareys təxirə salınıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, təxirə salınan uçuşlar arasında İstanbul, Təl-Əviv, Tbilisi, Batumi, Səmərqənd, həmçinin Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk və digər şəhərlərə və həmin şəhərlərdən həyata keçirilən reyslər də var.
Məlumata görə, son günlər Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Soçi hava limanında bir neçə dəfə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Hazırda təyyarələrin qəbulu və yola salınması müvafiq qurumların icazəsi ilə həyata keçirilir.
Bənzər məhdudiyyətlərin Krasnodar və Gelencik hava limanlarında da tətbiq olunduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]