Azərbaycan Dövlət İnformasiya Agentliyi

Soçi sammitinin nəticələri: Suriyada sülhdən Rusiya-Türkiyə strateji tərəfdaşlığına doğru

Soçi sammitinin nəticələri: Suriyada sülhdən Rusiya-Türkiyə strateji tərəfdaşlığına doğru

Bakı, 25 fevral, AZƏRTAC

“Newtimes.az” portalında “Soçi sammitinin nəticələri: Suriyada sülhdən Rusiya-Türkiyə strateji tərəfdaşlığına doğru” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Suriyada sülh və barışın təmin edilməsi məsələsi hazırda qlobal geosiyasətin aktual problemlərindəndir. Bir neçə ildir ki, bu ölkədə qan tökülür. Onu durdurmaq üçün müxtəlif koalisiyalar da yaradılıb. Ancaq Rusiya-Türkiyə-İran “üçlüyü”nün yaradılması və Astana prosesinin başlaması Suriyada vəziyyəti real surətdə dəyişməyə imkan yaratdı. Hazırda Suriya ərazisinin 80 faizinə Əsəd rejimi nəzarət edir. Az bir ərazidə silahlı toqquşmalar baş verir. Ankara, Moskva və Tehran da həmin bölgələrdə sülhə nail olmaq üçün görüşürlər. Rusiyanın Soçi şəhərində fevral ayının ortalarında təşkil olunan sammit bu baxımdan əhəmiyyət daşıyırdı. Burada tərəflər bir çox məsələlərdə ortaq mövqeyə gəliblər. Lakin proses heç də asan getmir. Bu baxımdan Soçi sammitinin nəticələrinin geosiyasi analizinə ehtiyac görürük.

“Astana üçlüyü”: irəliyə doğru daha bir addım

Türkiyə, Rusiya və İran liderlərinin Soçidə Suriya böhranının nizamlanması ilə bağlı zirvə görüşü keçirmələrinin nəticələrini ekspertlər analiz edirlər. Məsələyə maraq həm də iştirakçı dövlətlər arasında problemə yanaşmada aydınlığın olmaması ilə bağlıdır. Belə ki, ABŞ-ın Suriyadan çəkilməsi haqqında informasiya yayılandan sonra Rusiya-Türkiyə-İran “üçlüyü” daxilindəki münasibətlər daha da aktuallaşdı.

Burada Vaşinqtonun öz qoşunlarını Suriyadan çıxarmaq barədə qərar qəbul etməklə Ankara, Moskva və Tehran arasında gərginlik yaratmaq məqsədi güddüyü kimi təxminlər də öz rolunu oynayıb. Lakin siyasət meydanında “Astana üçlüyü”nün atdığı addımların özü də problemə təhlili yanaşmanın zəruriliyini ortaya qoyur.

Ekspertlər hesab edirlər ki, Amerikanın həmin qərarından sonra Soçi görüşü ciddi əhəmiyyət daşıyırdı. Burada müzakirə olunan məsələlər də ekspertlərin təxminlərini doğrultdu. Soçidə Rusiya, Türkiyə və İran öz mövqelərini bir daha ifadə edib ondan çəkilmək fikrində olmadıqlarını göstərdilər. Xüsusilə İdlib və Münbic məsələsində tərəflər arasında müzakirələr asan keçməyib.

Məlumdur ki, İdlibdə atəşkəs rejiminin təmin edilməsində Türkiyə əsas rol oynayır. Ancaq burada Rusiya hərbi polisi də mövcuddur. Böyük mənada Moskva Suriyada əsgər saxlamır. Onların sayı çox azdır. Ancaq İranın şiə milisləri Rusiyanın da maraqlarına uyğun fəaliyyət göstərir. Onlar Suriya ordusunda ciddi mövqeyə malikdirlər. Hətta bir sıra ekspertlərin fikrincə, İran gücləri Suriya ordusunun bel sütununu təşkil edir. Buna görə də İdlib və Münbicdə Əsəd rejiminin atdığı hər bir addımdan Tehranın xəbəri vardır.

Belə bir vəziyyətdə Soçidə Ankaranın İdlib və Münbic məsələlərində maraqlarını qoruması asan olmayacaqdı. Doğrudan da, İran Prezidenti Həsən Ruhani çıxışında İdlibdən terror qruplarının çıxarılması və yerlərinə Bəşər Əsəd güclərinin gəlməsinin təmin edilməsində israr etdi. Təbii ki, İdlibdən bütün terror qruplarının çıxarılması zəruridir. Bunu Rusiya və Türkiyə də dəstəkləyir. Lakin orada Suriya müxalif güclərinin sıxışdırılmasına da imkan vermək olmaz. Çünki hələ həmin məkanda ABŞ-ın dəstəklədiyi PYD/YPG xeyli əraziyə nəzarət edir.

Bu, problemin ciddi tərəfidir. Çünki ABŞ çəkilmə ilə öz varlığını oradan tam yox etmir. Əksinə, bir qədər başqa formada daha güclü mövqeyə çıxmağa çalışır. Bunun üçün də PYD/YPG və ona bənzər yeni qruplar yaradır. Nəticədə, bir neçə böyük dövlətin iştirak etdiyi mürəkkəb bir oyun alınır.

İran Soçidə ABŞ-ın çəkilmə qərarını alqışladığını bir daha bəyan etdi. Lakin bu baş versə, Suriyanın şimalında kimin hakim olması məsələsində onun öz mövqeyi var. Tehran B.Əsədin tam hökmranlığını arzulayır ki, bunun fonunda da Suriya müxalifətinin rolunun xeyli azalmasını gözləyir. Ankara isə iqtidarla yanaşı müxaliflərin də mövqeyinin o dərəcədə olmasını istəyir ki, B.Əsəd əvvəllər etdiyi məzhəb ayrı-seçkiliyini bir daha tətbiq edə bilməsin. Maraqlıdır ki, Soçi sammiti Moskvanın daha çox Ankaranın mövqeyinə üstünlük verdiyini nümayiş etdirdi. Lakin İranı da arxa plana atmaq fikrində deyil. Bununla yanaşı, bir çox ekspertlərin qənaətinə görə, artıq Kreml Yaxın Şərqdə Türkiyə ilə İranı neytrallaşdıra biləcək əlavə güclər axtarır. Hətta onların ünvanları da məlumdur: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri. Rusiya rəhbərliyi təhlükəsizlik xidmətlərinin rəhbərlərini bu iki ərəb ölkəsinə göndərib. Məqsəd onları da Suriya prosesinə qatıb, çoxvariantlı oyuna başlamaqdır. Bunun nəticəsində Rusiyanın patronajlığı ilə ölkələr qrupunun Suriyadakı maraqları qismən təmin edilməli və onların heç biri aparıcı mövqedə olmamalıdır. Suriyanın şimalında bəzi ərəb əşirətlərinin Səudiyyə Ərəbistanı tərəfə keçməsi də vəziyyəti gərginləşdirib.

Geostrateji məqsədlər: Rusiya-Türkiyə münasibətlərində yeni mərhələ

Bütün bunlara görədir ki, Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kifayət qədər iradə nümayiş etdirərək İdlib və Münbicdən terrorçuların çıxarılmasında ortaq maraqların gözlənməsinə nail olub. Bu, sammitin böyük uğurudur. Moskva da həmin mövqeni dəstəkləyib. Əvəzində, ekspertlər İranın bir qədər qısqanclıq nümayiş etdirə bilməsi ehtimalının qaldığından bəhs edirlər. Lakin Tehranın vəziyyəti dəyişdirə bilmək gücündə olmadığı da məlumdur. Bu səbəbdən Soçi razılaşmalarına əməl ediləcəyi gözlənilir. Lakin döyüş meydanında hər hansı təxribatın olmayacağına təminat vermək də mümkün deyildir. Deməli, “Astana üçlüyü”nün son dərəcə ehtiyatlı olması gərəkdir. Digər tərəfdən, Suriya konstitusiyasının hazırlanması prosesi hələ başa çatmayıb. Bu sənədin necə hazırlanacağından çox məqamlar asılı olacaq. Soçidə prezidentlər həm də bu məsələni müzakirə ediblər. Onlar yeni konstitusiyanın hazırlanması prosesini sürətləndirmək və tez bir zamanda başa çatdırmaq qərarına gəliblər. Bunun üçün tərəflər lazım olan bütün dəstəyi verməyə hazır olmalıdırlar.

Soçidə konkret olaraq Türkiyənin Münbicdə hərbi əməliyyat keçirib-keçirməməsi məsələsində ortaq mövqe formalaşmayıb. Zatən Ankara bunun üçün kimsədən izin almaq fikrində olmadığını bəyan edib. Bütün şərtlər yarandıqdan sonra Türkiyə həmin əməliyyata başlayacağını ifadə edib. Burada Amerika amili də ciddi nəzərə alınmalıdır. ABŞ hərbçilərini bir neçə aya oradan çəkəcəyini bəyan edib. Deməli, gözləmək lazım gəlir. Əks halda, regionda yeni bir ixtilaf meydana gələ bilər.

Beləliklə, liderlərin Soçi sammitində Rusiya, Türkiyə və İran demək olar ki, bütün məsələlər üzrə razılığa gəliblər. Hərbi əməliyyat məsələsi buraya aid deyil, çünki bu, artıq yalnız bir ölkənin qərarıdır. Yeri gəlmişkən, ekspertlərə görə, Moskva Türkiyənin həmin əməliyyatı keçirməyinə böyük təpki göstərməyəcək. Hər bir halda, bu məsələdən kənarda Suriya ilə bağlı vəziyyət haqqında üç dövlət eyni mövqeyə gəliblər. Bu hadisənin geosiyasi nəticələri necə ola bilər?

İlk növbədə, bütövlükdə gedişat Amerikanın mövqeyindən asılı olacaq. Vaşinqton hələlik Suriyada radikal qruplara dəstək verməkdən vaz keçmir. Hətta o, geosiyasi maraqlarının təminini həmin qruplarla əməkdaşlığa bağlayır. Bu isə vəziyyəti qeyri-müəyyən edir. İdlibdə də bəzi terror qrupları təxribatlar törətməkdə davam edirlər. Onlar Türkiyənin imicini sarsıtmağa cəhd göstərirlər. Ancaq hələlik böyük ölçüdə Türkiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Burada başqa bir faktoru da vurğulamaq lazım gəlir.

Türkiyə ilə Rusiya rəhbərliyi aprel ayında da görüşməyə qərar veriblər. Həmin vaxt iki dövlət strateji tərəfdaşlıq məsələlərini müzakirə edib, konkret sənədlər imzalamalıdırlar. Əgər bu baş tutsa, Avrasiya məkanında güclü bir müttəfiqlik yaranacaq. Təbii ki, bunun da Suriya məsələsinin həllinə ciddi təsiri ola bilər. Bu kontekstdə Soçi görüşü Rusiya-Türkiyə münasibətlərinin inkişafına yeni stimul vermiş olur. Tədbirdə iki ölkənin prezidentlərinin səmimi söhbətlərini ekspertlər əlaqələrin yeni səviyyəyə yüksəlməsinin əlaməti kimi qiymətləndirirlər.

Hər bir halda, Soçi sammiti Rusiya, Türkiyə və İranın Suriyada sülhə nail olmaq işində ciddi olduqlarını bir daha təsdiqlədi. Müəyyən fikir ayrılıqlarının olması isə normaldır - böyük dövlətlər həmişə öz mövqelərini qoruyurlar. Əsas odur ki, bu üçlük Suriyanın ərazi bütövlüyünün təmin edilməsində qərarlıdır. Yeni konstitusiyada da bu maddə təsbit edilməlidir.

Digər tərəfdən, getdikcə aydınlaşır ki, Rusiya, Türkiyə və İran Suriyada terrorun bütün növlərinin aradan qaldırılmasına çalışırlar. Ankara-Tehran-Moskva “üçlüyü” Yaxın Şərqdə yeni geosiyasi dinamikanın təməlini qoya bilər. Təbii ki, onlara mane olmağa çalışan qüvvələr də sakit oturmayacaqlar. Lakin artıq xüsusilə Rusiya ilə Türkiyənin münasibətlərinin çox dərinləşdiyini və strateji xarakter aldığını demək olar. Bu məqam çox güman ki, aprel ayında hər iki dövlətin rəhbərlərinin iştirakı ilə keçiriləcək strateji tərəfdaşlıq görüşündən sonra daha aydın olacaq.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib