Son 20 ildə Qrenlandiya adasındakı buzlaqlar sürətlə əriməyə başlayıb
Bakı, 27 iyul, AZƏRTAC
Alimlər Qrenlandiya buzlağındakı buzların əriməsinin sürətlənəcəyindən və dəniz səviyyəsinin gözləniləndən daha çox yüksələcəyindən narahatlıq keçirirlər. Onlar isti iqlimin yosunların böyüməsinə və buz səthinin tündləşməsinə səbəb olacağını bildirirlər. Tünd rəngli səth isə günəş radiasiyasını daha tez absorbsiya edir. Nəticədə buz təbəqəsi isinir və sürətlə əriməyə başlayır.
AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, hazırda Qrenlandiya adasının buz örtüyü hər il okeanların səviyyəsinin 1 millimetr yüksəlməsinə səbəb olur. Son 20 ildə Qrenlandiyada buzların ərimə sürətinin artdığı müşahidə olunur. Bununla yanaşı, yayda Qrenlandiya adası üzərindəki bulud təbəqəsində də 15 faiz azalma var.
Şimal yarımkürəsindəki ən böyük buz təbəqəsinin sahəsi Birləşmiş Krallığın ərazisindən 7 dəfə böyükdür. Bu buzlağın qalınlığı üç kilometrdir. Əgər o, tamamilə ərisə, dəniz səviyyəsi yeddi metr yüksələ bilər. Elm adamları buzlağın az bir qisminin əriməsinin belə Yer kürəsi üçün təhlükəli ola biləcəyini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]