Son 24 saat ərzində Qırğızıstanda koronavirusa yoluxanların sayı 419-a çatıb
Bişkek, 13 aprel, АZƏRTAC
Son 24 saat ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 42 nəfər artıb və 419-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, virusa yeni yoluxanların 23-ü qadın, 19-u kişidir. İndiyədək 54 xəstə sağalıb və evə buraxılıb, 5 nəfər dünyasını dəyişib, 11 xəstə ağır vəziyyətdədir, onların 6-sı reanimasiya şöbəsindədir.
Tibb işçilərindən virusa yoluxanların sayı 63 nəfərdir. Ölkədə karantində 1025 nəfər var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]