Son beş ildə həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat yardım göstərilib
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) ünvanına daxil olmuş 1580 ərizə müəlliflərinə 135,2 min manat, “20 Yanvar” hadisələrində şəhid olmuş şəxslərin ailə üzvlərinə 57,9 min manat, “Günəşli” yatağında itkin düşmüş və xəsarət almış neftçilərin ailələrinə 49,5 min manat, Silahlı Qüvvələrə Yardım Fonduna 50,0 min manat, Qarabağ müharibəsi əlillərinə 36,3 min manat, himayəyə götürülmüş ailələrə 169,1 min manat ödənilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri AHİK-in yığıncağında konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
O, digər təbəqədən olanlara göstərilən yardımlar barədə danışarkən söyləyib: “Mətbuat işçilərinə 17,2 min manat, Milli Elmlər Akademiyasında keçirilmiş müsabiqənin qalibləri olan gənc alimlərə 44,5 min manat, Cəmşid Naxçıvanski adına liseydə təşkil edilmiş müsabiqə qaliblərinə 12,5 min manat yardım verilib”.
Sədr onu da bildirib ki, ümumilikdə, son beş il ərzində həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat yardım göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]