Sorğu: Vətəndaşların əksəriyyəti Ukraynada hadisələrin düzgün istiqamətdə inkişaf etdiyinə inanır
Kiyev, 25 yanvar, AZƏRTAC
Vətəndaşların əksəriyyəti, sorğuda iştirak edən respondentlərin 58,9 faizi Ukraynada hadisələrin düzgün istiqamətdə inkişaf etdiyinə inanır.
AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Razumkov Mərkəzinin sosioloji xidmətinin direktoru Andrey Bıçenko sorğunun nəticələrinə dair açıqlamasında söyləyib.
“Respondentlərin mütləq əksəriyyəti - 58,9 faizi ölkənin müharibə şəraitində olmasına baxmayaraq, Ukraynada hadisələrin düzgün istiqamətdə inkişaf etdiyi qənaətindədir”, - deyə o bildirib.
Respondentlərin 23,6 faizi hadisələrin yanlış istiqamətdə inkişaf etdiyini düşünür, 17,5 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.
Bundan əlavə, sorğu göstərib ki, respondentlərin 74,8 faizi 2022-ci ilin əvvəli ilə müqayisədə Ukraynanın beynəlxalq imicinin yaxşılığa doğru dəyişdiyinə inanır. Həmçinin vətəndaşların əksəriyyəti ölkənin müdafiə qabiliyyətinin dəyişməsini müsbət qiymətləndirir.
Bununla yanaşı, vətəndaşların 86,8 faizi ölkədə qiymət və tariflərin səviyyəsinin pisə doğru dəyişdiyini, 83 faizi isə Ukraynada iqtisadi vəziyyətin pisləşdiyini hesab edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]