“Sosial həyat” jurnalının növbəti sayı çapdan çıxıb
Bakı, 8 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsis etdiyi “Sosial həyat” jurnalının növbəti sayı çapdan çıxıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, jurnalın bu sayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan yazılar dərc olunub, Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin Bakıya səfəri haqqında məlumatlar, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları öz əksini tapıb.
“Sosial həyat”ın səhifələrində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Azərbaycanda ailə-nikah münasibətlərinin formalaşması və inkişaf meyillərinə aid və digər maraqlı mövzulara həsr olunan məqalələrə də yer verilib.