Sosial layihə: Tikdim ki, izim qala
Lənkəran, 24 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Peşə Liseyi və peşə təmayüllü siniflərin birgə əməkdaşlığı ilə “Tikdim ki, izim qala” adlı sosial layihə çərçivəsində təmir və bərpaya ehtiyacı olan əşya və avadanlıqlar təmir olunaraq, sosial həssas və aztəminatlı ailə üzvlərinə təhvil verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əşya və avadanlıqlar Lənkəran Peşə Liseyinin və peşə təmayüllü siniflərin - Lənkəran şəhər 2 nömrəli, şəhər 7 nömrəli, Haftoni qəsəbə, Astara şəhər 5 nömrəli və Vaqo kənd tam orta məktəblərinin tələbə və şagirdləri tərəfindən təmir olunub.