Sosial şəbəkədə Roma Papası ilə bağlı 83,4 milyon paylaşım edilib
Vatikan, 8 mart, AZƏRTAC
Fevralın 14-dən etibarən xəstəxanada müalicə alan Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə bağlı sosial media platformalarında bu vaxtadək 83,4 milyon paylaşım edilib.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif yerlərindən olan insanlar paylaşımlarında pontifikin tez bir zamanda sağlamlığına qovuşmasına dair xoş diləklərini və həmrəylik ifadə ediblər, dualar olunub. Paylaşımlar Roma Papasının tənəffüs böhranı keçirdiyi 22-23 fevral tarixlərində daha çoxluq təşkil edib.
Bu müddət ərzində pontifikin “Instagram” və “X” sosial şəbəkələrində izləyicilərinin sayı ümumilikdə 127 min artıb. Roma, Mexiko və Buenos-Ayres kimi şəhərlərdən paylaşımlar üstünlük təşkil edib.
Müqəddəs Taxt-Tacın mətbuat xidməti Romadakı “Gemelli” xəstəxanasında müalicəsi davam edən Papa Fransiskin səhhətinin əvvəlki günlərlə müqayisədə yaxşılaşdığını açıqlayıb. 88 yaşlı papaya polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]