SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AKADEMİYADA YIĞINCAQ KEÇİRİLMİŞDİR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, rektor, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov tədbiri açaraq soyqırımının tarixindən, qəsbkar ermənilərin torpaqlarımızda törətdikləri qanlı faciələrdən söhbət açmış, ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının əhəmiyyətini vurğulamışdır.
Rektor ermənilərin əsrlər boyu “Böyük Ermənistan” yaratmaq xülyalarından əl çəkməyərək, bu gün də işğalçılıq siyasəti apardıqlarını bildirmişdir.
Fəlsəfə elmləri doktoru, professor Vəli Həbiboğlu, dosent Firdovsiyyə Əhmədova, müdavim Natiq İmanquliyev və başqaları çıxış edərək erməni terrorizminin törətdiyi dəhşətli bəlalardan bəhs etmiş, bu barədə dünya ictimaiyyətinə daha geniş məlumatlar çatdırılmasının vacibliyini söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]