SOYQIRIMI QURBANLARININ XATİRƏSİ UNUDULMAMALIDIR
Milli Məclisin martın 30-da keçirilmiş iclasında deputatlar 31 mart və Xocalı soyqırımları qurbanlarının xatirəsinə Şamaxı, Quba və dinc azərbaycanlıların daha çox qətlə yetirildiyi rayonlarda, eləcə də Bakıdakı Şəhidlər xiyabanında abidə kompleksinin ucaldılmasını və soyqırımı muzeyinin yaradılmasını təklif etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, parlamentin sədri Murtuz Ələsgərov bu təklifi razılıqla qarşılamışdır. O demişdir ki, Bakı şəhərindəki Xocalı prospektində, eləcə də digər yerlərdə xatirə abidəsinin ucaldılması vacibdir. Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Şamaxı rayonunda artıq belə bir abidə ucaldılmışdır. Bunun üçün yerli icra hakimiyyətlərinə müraciət olunacaq və çox güman ki, bu məsələ öz müsbət həllini tapacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]